...

Ağstafada qonşusunu hədələyən şəxs saxlanılıb

Hadisə Materials 29 Dekabr 2013 14:22 (UTC +04:00)
Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Cavadov saxlanılıb, ondan 1 ədəd ov tüfəngi götürülüb.
Ağstafada qonşusunu hədələyən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Ağstafada qonşusunu hədələyən şəxs saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 28-də Ağstafa rayonunun Zəlimxan kənd sakini Firdovsi Cavadov sərxoş halda qonşusu İlqar Əhmədovun evinə gələrək əlində olan ov tüfəngi ilə havaya atəş açıb, onu və ailə üzvlərini öldürəcəyi ilə hədələyib.

Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Cavadov saxlanılıb, ondan 1 ədəd ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti