Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun keçən ay Yunanıstana səfəri zamanı ona qarşı hazırlanan sui-qəsdin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti çərşənbə günü məlumat verib.
Məlumata əsasən, XİN rəhbərinə qarşı sui-qəsd İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C ) tərəfindən hazırlanıb.
Məlumatda o da qeyd olunur ki, Davudoğluna qarşı sui-qəsd hazırlayan terror şəbəkəsinin bəzi üzvləri həbs edilib.
Məlumat üçün qeyd edək ki, İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C ) Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində keçən il may ayında baş vermişı partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü.