Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir T.Cəfərov/
Təbrizin "Traktorsazi" maşınqayırma zavodunun işçiləri şənbə günü etiraz aksiyası keçiriblər.Trend-in məlumatına görə, bu barədə İranın İLNA xəbər agentliyi məlumat verib.
Etirazçılar Təbriz Şəhər İcra Hakimiyyətinin binasının qarşısında toplaşaraq 9 aylıq maaşlarının ödənilməməsinə etiraz ediblər.
Şərqi Azərbaycan əyalətinin "Traktorsazi" maşınqayırma zavodunun 200-dən çox işçisinin qatıldığı və bir neçə saat davam edən aksiya yalnız Təbriz Şəhər İcra Hakimiyyətinin başçısının müavinin müdaxiləsindən sonra başa çatıb. İcra başçısının müavini onlara 10 gün ərzində əmək haqlarının ödəniləcəyi haqda vəd verib və bu səbəbdən işçilər öz işlərinin başına dönüblər.
Qeyd edək ki,"Traktorsazi" maşınqayırma zavodunun işçiləri 2013-cü ilin iyul ayında da əməkhaqlarının gecikməsinə görə etiraz aksiyası keçirmişlər.