...

Xaçmazda 2 mağazadan siqaret və pul oğurlayan şəxs tutulub

Hadisə Materials 14 Yanvar 2014 21:41 (UTC +04:00)
Xaçmazda 2 mağazadan siqaret və pul oğurlayan şəxs tutulub.
Xaçmazda 2 mağazadan siqaret və pul oğurlayan şəxs tutulub

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Xaçmazda 2 mağazadan siqaret və pul oğurlayan şəxs tutulub.

Trend Regional TV-yə istinadən məlumat verir ki, Xaçmaz rayonunda oğurluqda təqsirləndirilən şəxs saxlanılıb.

Xaçmaz Rayon Polis Şöbəsindən (RPŞ) RTV-yə verilən məlumata görə, keçirilən əməliyyat zamanı 18 yaşlı Xudat şəhər sakini Nurməmmədov İlqar Seyfulla oğlu saxlanılıb. Araşdırmalar zamanı onun Xaçmaz rayonu, Nərəcan kənd sakinləri Fərrux Bəşirov və Samir Ağayevə məxsus mağazalardan pul, siqaret və şirniyyat oğurladığı müəyyənləşib.

Xaçmaz RPŞ-nin müstəntiqi Sail Tağıyev RTV-yə bildirib ki, həmin şəxs əvvəllər də şimal bölgəsinin digər rayonlarından oğurluq edib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti