...

Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq heroin götürülüb

Hadisə Materials 20 Yanvar 2014 12:24 (UTC +04:00)
Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq heroin götürülüb.
Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq heroin götürülüb

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda keçmiş məhkumdan 1 kq-dan artıq heroin götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Taleh Bağırov və Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Abdullayev şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılan zaman R.Abdullayevdən 1 kiloqramdan artıq heroin götürülüb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti