Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İ.İzzət/
Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ata və oğul ölüb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 21-də saat 23 radələrində Abşeron rayonu Müşfiq qəsəbəsinin ərazisində qəsəbə sakini Gəray Mehralıyevin idarə etdiyi "VAZ-2107" markalı və Cəlilabad rayon sakini Azad Səlimovun idarə etdiyi "Ford-Tranzit" markalı avtomobillər toqquşub.
G.Mehralıyev və sərnişini - oğlu Vüsal hadisə yerində ölüb, A.Səlimov və sərnişini - İlham Musayev isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı BDYPİ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.