...

Ağdaşda fermada yanğın olub

Hadisə Materials 24 Yanvar 2014 06:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Ağdaşda fermada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdaş rayonu, Malay kəndində (rayon mərkəzindən 21 km aralı) vətəndaşlara məxsus fermanın ərazisində 44 ton ot bağlamasının 28 tonu yanıb. Yaxınlıqda yerləşən ferma və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti