Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Şirvan şəhər sakininin qadınları cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhər sakini Mehriban İbrahimovanın qadınları Dubaya apararaq cinsi istismara məruz qoyması faktı müəyyən edilib.