...

Fransada avtobus aşıb, 15 nəfər xəsarət alıb

Hadisə Materials 3 Fevral 2014 16:51 (UTC +04:00)
Bu gün Fransanın şərqində məktəbliləri aparan avtobus aşıb.
Fransada avtobus aşıb, 15 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Bu gün Fransanın şərqində məktəbliləri aparan avtobus aşıb. Bu barədə Trend İTAR-TASS-a istinadən məlumat verir.

Xilasetmə xidmətindən bildiriblər ki, bir nəfər ağır, 14 nəfər isə yüngül xəsarət alıb. Qəza yerli vaxtla səhər saat 07:30-da Envil-o-Jar şəhərinin yaxınlığındakı yolda baş verib. Yaralılar yaxınlıqdakı Nansi və Lyunevil şəhərlərindəki xəstəxanalara çatdırılıblar.

Xilasedicilərdən birinin sözlərinə görə, yol kifayət qədər sürüşkən olub. Sürücü idarəetməni itirib, avtobus arxa aşıb.

Hazırda istintaq qəzaya pis əlverişsiz şəraitinin, yoxsa sürət həddinin aşılmasının səbəb olduğunu aydınlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti