...

Bakıda həmcinsləri fahişəliyə cəlb edən qadınlar tutulub

Hadisə Materials 10 Fevral 2014 14:11 (UTC +04:00)
Bakıda qadınların fahişəliyə cəlb edilməsı müəyyən edilib.
Bakıda həmcinsləri fahişəliyə cəlb edən qadınlar tutulub

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda qadınların fahişəliyə cəlb edilməsı müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maral Xəlilova saxlanılıb.

Onun C.Naxçıvanski küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsı müəyyən edilib.

Baş İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində daha bir qadının həmcinslərini qadınları fahişəliyə cəlb etməsı müəyyən edilib. Bu şəxs Bakı şəhər sakini Əsli Əhmədova olub.

Faktla bağlı araşdırma davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti