...

İrandan Azərbaycana xeyli sayda psixotrop dərman preparatları keçirmək cəhdinin qarşısı alınıb

Hadisə Materials 19 Fevral 2014 15:11 (UTC +04:00)
İrandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda dərman preparatları keçirmək cəhdinin qarşısı alınıb.
İrandan Azərbaycana xeyli sayda psixotrop dərman preparatları keçirmək cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

İrandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda dərman preparatları keçirmək cəhdinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 14 fevral 2014-cü il tarixdə saat 04:30 radələrində Yardımlı rayonunun Abbasalı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrupun külli miqdarda qaçaqmalı İran İslam Respublikasından Azərbaycana keçirmək cəhdinin qarşısı alınıb.

Qaçaqmalçılara məxsus 5 yeşikdə 14 min 088 konvalyut "travamis", "opidol", "tamol-xx" psixotrop dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti