...

Qobustanda magistral yolun yaxınlığında partlayıcı maddələr aşkar edilib

Hadisə Materials 20 Fevral 2014 19:29 (UTC +04:00)
Bu gün Bakı-Şamaxı-Yevlax yolunun 80-cı km-də Qobustan rayonunun Şıxzərli kəndi ərazisində partlayıcı maddələr aşkarlanıb.
Qobustanda magistral yolun yaxınlığında partlayıcı maddələr aşkar edilib

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Bu gün Bakı-Şamaxı-Yevlax yolunun 80-ci km-də Qobustan rayonunun Şıxzərli kəndi ərazisində partlayıcı maddələr aşkarlanıb.

Trend Kanal S-ə istinadən məlumat verir ki, partlayıcı maddələrin əksəriyyəti əl qumbaraları, tank əleyhinə mərmi və piyada əleyihnə minalardır.

Məlumata görə, silah-sursat ərazidə yaranmış yarğanın içərisində aşkar edilib. Tapılan partlayıcılar üzdə olan görüntülər olduğundan güman edilir ki, ərazidə torpağın alt qatlarında daha çox partlayıcı maddə var.

Qeyd edək ki, artıq ANAMA-nın əməkdaşlarına məlumat verilib. Tapılan partlayıcı maddələrin magistral yola yaxın olduğu nəzərə alınaraq ərazidə Qobustan Rayon Fövqəladə Hallar Komissiyası və polis əməkdaşları təhlükəsizlik tədbirləri görüb və 3 saatdan artıqdır ki ərazidə postlar qurulub.

Partlayıcı maddələrin aşkarlandığı andan etibarən magistral yolda avtomobillərin hərəkəti yarım saatlıq dayandırılıb.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri davam etdirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti