Azərbaycan, Bakı, 1 mart /Trend/
Bir qrup şəxsin qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri ayrı-ayrı əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mənijə Şölətinin gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması, Ağstafa rayon sakini Rumiyyə Quliyevanın və Bakı şəhər sakini Aytən Əmirəliyevanın qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.