...

Vətəndaş evində halsız vəziyyətdə tapılıb

Hadisə Materials 3 Mart 2014 04:21 (UTC +04:00)
Vətəndaş evində halsız vəziyyətdə tapılıb.
Vətəndaş evində halsız vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 3 mart /Trend/

Vətəndaş evində halsız vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki,
Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş dəhlizdə, döşəmədə halsız vəziyyətdə aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti