...

DİN-in bir neçə strukturunun əməkdaşları Bakıda "Grand Cherokee"dən oğurluğa cəhd etmiş şəxsi tutub

Hadisə Materials 6 Mart 2014 12:41 (UTC +04:00)
Polis Bakıda “cip”dən oğurluğa cəhd edən şəxsi tutub.
DİN-in bir neçə strukturunun əməkdaşları Bakıda "Grand Cherokee"dən oğurluğa cəhd etmiş şəxsi tutub

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İzzət/

Polis Bakıda "cip"dən oğurluğa cəhd edən şəxsi tutub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 4-nə keçən gecə Z.Tağıyev küçəsində yaşayan Xanlar Cəfərova məxsus "Grand Cherokee" markalı avtomobildən şüşəni sındırmaqla oğurluğa cəhd olunub. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluğa cəhddə şübhəli bilinən Bakı şəhər sakini Nazim Ümidov tutulub.

Maraqlı burasındadır ki, M.Ümidovun tutulması üçün keçirilmiş əməliyyat-axtarış tədbirlərinə DİN-in bir neçə strukturunun - Bakı Şəhər BPİ TŞX, Səbail RPİ TŞX, PPXB və 9-cu PB-nin əməkdaşları cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti