Azərbaycan, Bakı, 7 mart /Trend/
Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verən və bir nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Trend FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Yevlax rayonu ərazisində, Bakı-Qazax yolunun 259-cu kilometrliyində "VAZ" markalı minik avtomobili və "SHACMAN" markalı yük avtomobili toqquşub.
Nəticədə, hər iki avtomobil deformasiyaya uğrayıb, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Kərimov Zöhrab Ceyhun oğlu isə hadisə yerində ölüb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.