Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İzzət/
Bakıda dələduzluğa görə axtarışda olan iki qadın tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Saiqə Əkbərova tutulub.
Nəsimi Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə eyni maddə ilə axtarışda olan Abidə Bayramova tutulub.