...

Türkiyədə atışma nəticəsində 7 nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 19 Mart 2014 12:49 (UTC +04:00)
Türkiyənin Qars şəhərindəki Statistika İnstitutunun binasında baş vermiş atışma nəticəsində yeddi nəfər həlak olub.
Türkiyədə atışma nəticəsində 7 nəfər həlak olub (ƏLAVƏ OLUNUB)

Yeni məlumatlar əlavə olunub (İlk xəbər saat 12:24-də yayılıb)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Statistika İnstitutunun (TÜİK) Qars şəhərindəki regional ofisində baş vermiş atışma nəticəsində yeddi nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.

Statistika İnstitutunun işdən qovulmuş məmuru strukturun binasında atəş açıb. Nəticədə altı nəfər həlak olub ki, onlardan üçü polisdir.

Həmçinin bildirilir ki, hadisədən sonra insidentin günahkarı özünü güllələyib.

Faktla bağlı cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti