Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/
Şəki şəhər sakininin qadınları cinsi istismar məqsədi ilə Türkiyəyə göndərməsi müəyyən edilib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəki şəhər sakini Nərgiz Səmədova saxlanılıb. Onun qadınları cinsi istismar məqsədi ilə Türkiyəyə göndərməsi müəyyən edilib.
Faktla əlaqədar araşdırma aparılır.