...

Afrikada gəmi qəzasında ölənlərin sayı 251 nəfərə çatıb

Hadisə Materials 27 Mart 2014 21:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend/

Uqanda ile Konqo arasındakı Albert gölündə miqrantları daşıyan gəminin batması nəticəsində ölənlərin sayı 251 nəfərə çatıb.

Trend-in məlumatına görə, Konqo Demokratik Respublikası hökumətinin sözçüsü Lambert Mende ölkədə 3 günlük matəm elan edildiyini bildirib.

Uqanda tərəfi isə Konqoya getmək istəyənləri apararkən qəzaya uğrayan gəmidən 57-si uşaq olmaqla 107 meyit çıxardıqlarını, ümumilikdə isə ölənlərin sayının 251 nəfər olduğunu açıqlayıb.

Gəmidə 300 konqolunun olduğu bildirilir.

Qeyd edək ki, faciənin yaşandığı Böyük Göllər regionunda gəmi qəzalarına tez-tez rats gəlinir.

Xəbər lenti

Xəbər lenti