Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İ.İzzət/
Bakının Bakıxanov qəsəbəsində tank əleyhinə mina və istifadəyə yararsız avtomat patronları tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsindəki məişət tullantıları atılan yerdə 1 ədəd tank əleyhinə təlim minası və 19 ədəd istifadəyə yararsız avtomat patronu tapılıb.
Faktla əlaqədar araşdırma aparılır.