...

Qadınları Türkiyə və BƏƏ-də “satan” iki azərbaycanlı tutulub

Hadisə Materials 3 Aprel 2014 12:34 (UTC +04:00)
Qadınları Türkiyə və BƏƏ-də cinsi istismara məruz qoyması faktları ilə bağlı iki azərbaycanlı tutulub.
Qadınları Türkiyə və BƏƏ-də “satan” iki azərbaycanlı tutulub

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Qadınları Türkiyə və BƏƏ-də cinsi istismara məruz qoyması faktları ilə bağlı iki azərbaycanlı tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə şəhər sakini Sevinc Vəliyeva və Ağdam şəhər sakini Qafur Bağırov saxlanılıb. Sevinc Vəliyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə, Qafur Bağırovun isə qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb cinsi istismara məruz qoyması faktları müəyyən edilib.

Faktlarla bağlı cinayət işləri açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti