Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə Kayseri-Ankara magistral yolunda zəncirvari qəza baş verib. Hadisə nəticəsində, ilkin məlumata görə, 24 nəfər yaralanıb. Xeyli sayda ölü olduğu bildirilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.
Qəzetin yazdığına görə, idarəetməni itirən ağırtonnajlı yük maşını iki sərnişin avtobusu ilə toqquşub.
Məlumata əsasən, hazırda qəza yerinə xeyli sayda təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb edilib.