...

Donetsk aerodromunda vertolyot partlayıb

Hadisə Materials 25 Aprel 2014 15:53 (UTC +04:00)
Ukraynanın Donetsk vilayətinin Kramatorsk aerodromunda Mİ-8 vertolyotu partlayıb.
Donetsk aerodromunda vertolyot partlayıb

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Ukraynanın Donetsk vilayətinin Kramatorsk aerodromunda Mİ-8 vertolyotu partlayıb. Trend-in "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə Hərbi Siyasi Araşdırma Mərkəzinin rəhbəri Dmitri Tımçuk bildirib.

D.Tımçuk deyib ki, məlumat indicə daxil olub: "Kramatorsk aerodromunda Mİ-8 vertolyotu partlayıb. İlkin versiya atəşə tutulmadır. Biz təfərrüatları araşdıracağıq".

O, qeyd edib ki, ilkin məlumata görə, hərbçi partlayışa qədər vertolyotu tərk etməyə imkan tapıb.

Qeyd edək ki, mart ayından Ukraynanın şərqində federallaşma tərəfdaşlarının mitinqləri keçirilir, onlar öz regionlarının statusu haqqında referendum keçirilməsini tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti