...

Ağdaşda “VAZ” markalı avtomobil Şirvan kanalına düşüb, 1 nəfər ölüb

Hadisə Materials 8 May 2014 05:07 (UTC +04:00)
Ağdaşda “VAZ” markalı avtomobil Şirvan kanalına düşüb, 1 nəfər ölüb.
Ağdaşda “VAZ” markalı avtomobil Şirvan kanalına düşüb, 1 nəfər ölüb

Azərbaycan, Bakı, 8 may /Trend /

Ağdaşda "VAZ" markalı avtomobil Şirvan kanalına düşüb, 1 nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Ağdaş rayonu, Qoşaqovağ kəndində Şirvan kanalına "VAZ" markalı minik avtomobilinin düşüb və içərisində bir nəfər olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və su kanalına düşüb.

Xilasedicilər sürücünün meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti