...

Xırdalanda bir nəfər kanalizasiya quyusunda intihar etmək istəyib

Hadisə Materials 21 May 2014 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/

Abşeron rayonunda bir nəfər intihar cəhd edib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər intihar məqsədilə özünü çirkab suları axıdılan quyuya atıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmiş dərinliyi 4 metr olan quyuda köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:29-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti