...

Bakı-Qazax magistralında avtomobil aşıb: 1 ölü, 2 yaralı

Hadisə Materials 31 May 2014 10:06 (UTC +04:00)
Bakı-Qazax magistralında avtomobil yolun kənarına aşıb.
Bakı-Qazax magistralında avtomobil aşıb: 1 ölü, 2 yaralı

Azərbaycan, Bakı, 31 may /Trend/

Bakı-Qazax magistralında avtomobil yolun kənarına aşıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Ucar rayonu, Qaradağlı kəndində Bakı-Qazax magistral avtomobil yolunun 254-cü kilometrliyində vətəndaşa məxsus "Oka" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib və avtomobildə olan 2 nəfər şəxsiyyətləri məlum olmayan sərnişin ağır bədən xəsarətləri alıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1983-cü il təvəllüdlü Hacıyev Zaur Namiq oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti