...

Bakıda dərmandan zəhərlənən şəxs ölüb

Hadisə Materials 2 İyun 2014 14:15 (UTC +04:00)
Dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Bakı şəhər sakini orada ölüb.
Bakıda dərmandan zəhərlənən şəxs ölüb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İzzət/

Dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Bakı şəhər sakini orada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 30-da Bakı şəhər sakini Əsgər Baxşəliyev dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 31-də orada ölüb.

Mayın 31-də isə Xəzər rayonu, Buzovna qəsəbə sakini Cəmalə Tarverdiyeva, Abşeron rayon sakini Natəvan Mustafayeva, Qobu qəsəbə sakini Yeganə Rüstəmova, Hökməli qəsəbə sakini, azyaşlı Sara Fərzəlili dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti