...

Bakıda sanatoriyada yanğın olub

Hadisə Materials 3 İyun 2014 09:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/

Xəzər rayonunda yerləşən sanatoriyada yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda hal-hazırda fəaliyyət göstərməyən üçmərtəbəli sanatoriyanın 3-cü mərtəbəsində 1 otağın tavanı 5 kv.m sahədə yanıb.

Sanatoriyanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti