...

Donetsk vilayətində xüsusi əməliyyatlar zamanı 7 Ukrayna hərbçisi ölüb, 30-u yaralanıb

Hadisə Materials 20 İyun 2014 12:10 (UTC +04:00)
Ukraynanın Donetsk vilayətinin Yampol və Zakotnoye yaşayış məntəqələrində aparılan antiterror əməliyyatlar zamanı 7 Ukrayna hərbçisi ölüb, daha 30-u yaralanıb.
Donetsk vilayətində xüsusi əməliyyatlar zamanı 7 Ukrayna hərbçisi ölüb, 30-u yaralanıb

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Ukraynanın Donetsk vilayətinin Yampol və Zakotnoye yaşayış məntəqələrində aparılan antiterror əməliyyatlar zamanı 7 Ukrayna hərbçisi ölüb, daha 30-u yaralanıb. Trend-in "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə hadisə yerindən antiterror əməliyyatlarının xüsusi nümayəndəsi Vladislav Seleznyov öz "facebook" səhifəsində yazıb.

O yazır ki, Ukrayna hərbçilərinin itkisi 7 hərbçi və 30 yaralıdır. Hərbi əməliyyatlar davam edir.

V.Seleznyov onu da bildirib ki, hökumət qüvvələri Donetsk vilayətinin Yampol və Zakotnoye yaşayış məntəqələrində 300-ə yaxın yaraqlını məhv ediblər: "Ötən gün ərzində vilayəti Yampol və Zakotnoye yaşayış məntəqələrində 300-ə yaxın yaraqlı məhv edilib. Belə "məhsuldarlıq" Ukrayna Silahlı Qüvvələrinin bölmələri, Ukrayna Milli Qvardiyası və digər güc strukturları arasında dəqiq təşkil edilmiş qarşılıqlı fəaliyyət nəticəsində əldə olunub. Ukrayna güc strukturları qüvvələrinin hərəkətlərinin aniliyi, artilleriyanın hədəf atəşi, dəqiq aviazərbələr antiterror əməliyyatı iştirakçılarının hərəkətlərinin effektivliyini təmin edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti