Azərbaycan, Bakı, 30 iyun /Trend/
Türkiyənin paytaxtı Ankarada sərnişin avtobusu qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə "Haber7" telekanalı xəbər verib.
İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, 40 nəfər yaralanıb. Xəsarət alanlar Türkiyə vətəndaşlarıdır.
Qəzaya avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub.