Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/
Ötən gün iki nəfər dərmandan zəhərlənib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, iyulun 23-də Abşeron rayonunun Masazır qəsəbə sakini Aygün Fərhadova dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Bundan başqa, Gəncə şəhərində şəhər sakini Cavid Telman oğlu Musayev evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.