...

Türkiyədə ağır yol qəzası olub, 50-dən çox yaralı var

Hadisə Materials 26 İyul 2014 12:51 (UTC +04:00)
Türkiyənin Kayseri vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərnişinləri aparan avtobus dərəyə yuvarlanıb.
Türkiyədə ağır yol qəzası olub, 50-dən çox yaralı var

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Kayseri vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərnişinləri aparan avtobus dərəyə yuvarlanıb.

Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 54 nəfər yaralanıb, onlardan 6-nın vəziyyəti olduqca ağır qiymətləndirilir.

Türkiyə vətəndaşları olan bütün xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti