...

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 4 nəfər tutulub

Hadisə Materials 28 İyul 2014 11:25 (UTC +04:00)
Bakıda vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülüb.
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 4 nəfər tutulub

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsi (NMB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - 1965-ci il təvəllüdlü Əlibaba Mehdiyevdən 7 qramdan artıq, ona marixuananı satan 1983-cü il təvəllüdlü Əliverdi Nəbiyevdən isə iki kibrit qutusunda 12 qramdan artıq marixuana götürülüb.

Nərimanov RPİ Post Patrul Xİdməti Bölməsi və 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini 1971-ci il təvəllüdlü Seyran Camalovdan 15 qramdan artıq heroin götürülüb.

Xətai RPİ NMB və 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş 1961-ci il təvəllüdlü Qəhrəman Əliyevdən 17 kiloqramdan artıq marixuana götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti