...

Aşağı Güzdəkdə istifadəyə yararlı top mərmisi tapılıb

Hadisə Materials 29 İyul 2014 15:42 (UTC +04:00)
Aşağı Güzdəkdə istifadəyə yararlı top mərmisi tapılıb.
Aşağı Güzdəkdə istifadəyə yararlı top mərmisi tapılıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Aşağı Güzdəkdə istifadəyə yararlı top mərmisi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd top mərmisidir. Mərmi aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti