Azərbaycan, Bakı, 30 iyul /Trend/
Türkiyədə Ramazan bayramı günlərində yol qəzalarında 90 nəfər həlak olub. Bu barədə Trend "Haber7" telekanalına istinadən məlumat verir.
Avtomobil qəzalarında xəsarət alanların sayı 657 nəfərdir.
Məlumatda o da bildirilir ki, bu qəzalarda ölən və yaralananlar Türkiyə vətəndaşlarıdır.