Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/
Bakıda 1 həftə öncə qonaq getdiyi evdən oğurluq edən şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 26-da Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan Kazım Hüseynov ərizə ilə Polis Bölməsinə müraciət edərək bildirib ki, iyulun 25-də evində qonaq olan tanışı Valeh adlı şəxs əl çantasından 1300 manat və qızıl boyunbağı oğurlayıb.
Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Valeh Əzizov tutulub.