...

DİN Maştağada 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yaydı

Hadisə Materials 13 Avqust 2014 14:01 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Maştağa qəsəbəsində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN Maştağada 4 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yaydı

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Daxili İşlər Nazirliyi Maştağa qəsəbəsində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Süleyman Həbibov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Zahid Kəlbiyevi vurub və idarəetməni itirdiyindən avtomobil yolun kənarındakı ağaca dəyərək aşıb.

Sürücü və sərnişinləri Musa Məmmədov, Mircəfər Əsgərov, habelə Z.Kəlbiyev ölüblər.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti