Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakı sakinin evindən oğurluğa cəhd göstərmiş yeniyetmə oğlan saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da Məzahir İsmayılovun evindən oğurluğa cəhd göstərmiş şəxs saxlnılıb. Onun Bakı şəhər sakini, 14 yaşlı oğlan (Ə.M) olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.