Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İlkin İzzət/
Gəncə sakinləri oğurluq etdiklərinə görə saxlanılıblar.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Elçin İsmayılova məxsus aptekdən 1100 manat oğurlamış Gəncə şəhər sakinləri Aleksandr Korolenko və 14 yaşlı iki oğlan (P.N və R.A) tutulub.
Faktla bağlı araşdırma aparılır.