...

Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib

Hadisə Materials 18 Sentyabr 2014 10:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, dünən saat 23:13-də Xəzər dənizində - Nardarandan 8 km şərqdə zəlzələ qeydə alınıb.

Zəlzələnin dərinliyi 17 km, maqnitudası 3 bal olub.

Zəlzələ hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti