...

Sumqayıtda “Karvan” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB 2)

Hadisə Materials 9 Oktyabr 2014 23:38 (UTC +04:00)
Oktyabrın 9-da axşam saatlarında Sumqayıtdakı “Karvan” ticarət mərkəzində yanğın hadisəsi baş verib.
Sumqayıtda “Karvan” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB 2)

İlk xəbər saat 22:26-da yayılıb

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Oktyabrın 9-da axşam saatlarında Sumqayıtdakı "Karvan" ticarət mərkəzində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, Sumqayıt şəhərində Karvan Ticarət mərkəzində yanğın hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunublar. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 21:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti