Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Başqasının kartından istifadə edərək bankomatdan pul çıxaran şəxs yaxalanıb.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevral ayının 10-dan oktyabrın 30-na dək, Bülbül prospekti 5-in qarşısında yerləşən bankomatdan Bakı şəhər sakini Fatimə Səfərovaya məxsus bank kartından hissə-hissə 4401 manatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sənan Hüseynov tutulub.
Şübhəli şəxsə Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb.