Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İlkin İzzət/
Bakı sakininin 9 nəfərin avtomobillərini taladığı müəyyən edilib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən olunub ki, oktyabrın 31 -də Elnur Quliyevin avtomobilindən oğurluqda şübhəli bilinərək tutulmuş Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Elnur Bağırovun digər oxşar cinayətlərinin üstü də açılıb.
Belə ki, onun Ramil Sadıqovun, Ruslan Fərruxovun, Eldar Əliyevin, Günel Əliyevanın, Rauf Allahverdiyevin, Azər Rəhimovun, Ehtiram Nəzərovun, Jalə Rzabəylinin avtomobillərini taladığı müəyyən edilib.