Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda narkotik vasitənin satışı ilə məşğul olan İran vətəndaşı tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Noyabrın 25-də daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Famil Şiri İsəqəli oğlu 23 kiloqram 360 qram tiryəki satarkən tutulub.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırmalar aparılır.