...

Bakıda ev yanıb, xəsarət alan var

Hadisə Materials 27 Noyabr 2014 18:01 (UTC +04:00)
Bakıda evdə yanğın olub.
Bakıda ev yanıb, xəsarət alan var

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

Bakıda evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 6 otaqlı evin mətbəxinin tavanı və qapısı 6 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti