...

Bakıda avtomobillə vurulan piyada ölüb

Hadisə Materials 5 Dekabr 2014 10:47 (UTC +04:00)
Bakıda yolu keçərkən avtomobillə vurulan piyada xəstəxanada ölüb.
Bakıda avtomobillə vurulan piyada ölüb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakıda yolu keçərkən avtomobillə vurulan piyada xəstəxanada ölüb.

Nərimanov Rayon Polis İdarəsindən Trend-ə bildiriblər ki, dekabrın 3-də saat 22:55-də Heydər Əliyev prospekti 33 ünvanının qarşısında 1960-cı il təvəllüdlü Rəsulov Fazil İmran oğlu idarə etdiyi Lifan markalı, 90-UT-262 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada 1966-cı təvəllüdlü İsmayılov Elşən İdris oğlunu vurub. Nəticədə piyada E.İsmayılov kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək olmayıb və o, dekabrın 4-də 23:15-də xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti