...

Sumqayıtdakı münaqişə iki həmyerlidən birini qatilə çevirdi

Hadisə Materials 9 Dekabr 2014 13:27 (UTC +04:00)
Sumqayıt şəhər sakinini qətlə yetirmiş şəxs tutulub.
Sumqayıtdakı münaqişə iki həmyerlidən birini qatilə çevirdi

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhər sakinini qətlə yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 8-də Sumqayıt şəhərindəki 41-ci məhəllədə şəhər sakini Vüsal Xəlilov münaqişə zəminində həmyerlisi Toğrul Aslanova bıçaqla xəsarət yetirib. Nəticədə T.Aslanov hadisə yerində ölüb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xəlilov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti