Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İlkin İzzət/
Bakıda marşrut avtobusunda soyğunçuluq yolu ilə vətəndaşın pulunu talayıblar.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Artyom Əliyev tutulub.
A.Əliyev yanvarın 5-də axşam saatlarında 40 saylı xətt avtobusunda soyğunçuluq yolu ilə Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Elnur Məhərrəmovun 50 manat pulunu talayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.