...

Bakıda avtomobil ana-balanı vurub, biri ölüb, digəri yaralanıb

Hadisə Materials 11 Fevral 2015 14:49 (UTC +04:00)
Bakıda avtomobil ananı və 13 yaşlı qızını vurub. Ana xəstəxanada ölüb.
Bakıda avtomobil ana-balanı vurub, biri ölüb, digəri yaralanıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobil ananı və 13 yaşlı qızını vurub. Ana xəstəxanada ölüb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 10-da saat 17:45 radələrində, Ziya Bünyadov prospektində Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Seyid Seyidov idarə etdiyi "Opel" markalı avtomobillə 1977-ci il təvəllüdlü Vəfa Sadıqovanı və qızı 2002-ci il təvəllüdlü Fərqanə Sadıqovanı vurub.

Xəstəxanaya yerləşdirilən V.Sadıqova orada ölüb, F.Sadıqovanın vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti